1 Eylül 2013 Pazar

İttihad-i İslam

Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmmədin (s.ə.v.) dövründə Allah'ın mübarək elçiləri iman gətirənlərin lideri olaraq İslam cəmiyyətlərinin başında olmuşdur. Hz. Talut, hz. Zülqərneyn dövründə də müsəlmanların lideri olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç vaxt başsız qalmamışlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması Allah'ın təqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanları çox sevən, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah'ın təqdir etdiyi qədərin tələbi olaraq, bu əsrdə hz. Mehdinin (ə.s) mənəvi liderliyi altında birləşəcək.

Aşağıda Quranda olan birlik ayələrindən bəziləri göstərilmişdir:

Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. (Şura surəsi, 39)
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Səff surəsi, 4)